IMG-LOGO

Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ

08 Apr 2026 16:03 2 baxış
IMG

Azərbaycanın əksər rayonlarında aprelin 9-da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.

Bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Xəbər lenti