IMG-LOGO

Azərbaycanda transfer qiymətlərinin öncədən razılaşdırılması müzakirə edilib

08 Apr 2026 15:44 2 baxış
IMG

Azərbaycanda transfer qiymətlərinin əvvəlcədən razılaşdırılması (Advance Pricing Agreement) mexanizmi müzakirə edilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurumun Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin nümayəndələri ilə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) Vergi və Gömrük Komitəsinin üzvləri arasında görüş keçirilib. Görüşdə transfer qiymətlərinin tətbiqi və qeyri-rezidentlərin ƏDV məqsədləri üçün qeydiyyatı məsələləri müzakirə olunub, transfer qiyməti siyasətinin düzgün qurulması və müvafiq qaydada sənədləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, bu sahədə peşəkar və sistemli yanaşma investisiya mühitinin daha əlverişli olmasına, rəqabət şəraitinin sağlam əsaslarla inkişafına, eləcə də biznes subyektlərinin hüquqi və fiskal dayanıqlığının gücləndirilməsinə müsbət təsir göstərir.

Görüşdə vergi nümayəndələri transfer qiymətlərinin əvvəlcədən razılaşdırılması mexanizmi üzrə qanunvericiliyin təqdim etdiyi imkanlar, müraciət qaydaları və tətbiq prosedurlarını geniş şərh ediblər, bu alətin vergi risklərinin effektiv şəkildə idarə olunmasında əhəmiyyətini vurğulayıblar.

Müzakirələr zamanı rəqəmsal xidmətlər təqdim edən qeyri-rezidentlərin ƏDV məqsədləri üçün qeydiyyatı ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliklər barədə məlumat verilib, həmin dəyişikliklərin mahiyyəti, tətbiq mexanizmi və qeyri-rezident vergi ödəyiciləri üçün yarada biləcəyi praktiki nəticələr iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir interaktiv formatda keçirilib, "AmCham" nümayəndələrinin ünvanladığı nan suallar cavablandırılıb və praktiki məsələlər üzrə ətraflı izahatlar verilib.

Xəbər lenti