IMG-LOGO

"Marsel"in baş məşqçisi Habib Beyenin evi qarət edilib

08 Apr 2026 16:49 4 baxış
IMG

Fransanın "Marsel" klubunun baş məşqçisi Habib Beyenin evi qarət olunub.

"Report" "La Depeche" nəşrinə istinadən xəbər verir ki, hadisə aprelin 8-nə keçən gecə baş verib.

Naməlum şəxslər hasardan tullanaraq mütəxəssisin yaşadığı villanın pəncərəsini sındırıblar. İlkin məlumata əsasən, içərisində "Louis Vuitton" brendinə məxsus geyim və aksesuarların olduğu çamadan oğurlanıb. Hadisə zamanı baş məşqçi evdə olmayıb.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis 2026-cı ilin fevralından "Marsel"ə rəhbərlik edir. O, daha əvvəl Fransanın "Renn" klubunda çalışıb.

Hazırda "Marsel" 28 turdan sonra 49 xalla Fransa çempionatının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Komanda sonuncu oyununda, aprelin 5-də "Monako"ya 1:2 hesabı ilə məğlub olub.

Xəbər lenti