IMG-LOGO

Çempionlar Liqası üçün inanılmaz PROQNOZ: ilk dəfə kuboku qazanacaqlar

08 Apr 2026 17:39 4 baxış
IMG
0 0

Çempionlar Liqasının dörddəbir finalının keçirildiyi bu günlərdə 10  min simulyasiyada “Arsenal” 27,7 faiz səslə favorit kimi göstərilib və qələbənin İngiltərə komandasının tarixində ilk çempionluq olacağını proqnozlaşdırıb.

Lent.az-ın xəbərinə görə, Çempionlar Liqasının dörddəbir finalının həyəcanı başlayanda süni intellekt əsaslı təhlillər turnirin favoritini açıqlayıb. Nəticələr 10 min simulyasiyadan sonra diqqətəlayiqdir.   “Opta”nın hazırladığı hesabatda Çempionlar Liqası ssenarisi ümumilikdə 10 min dəfə simulyasiya edilib. Bu təhlillər nəticəsində komandaların yarımfinala çıxmaq və çempionluğu qazanmaq şansları müəyyənləşdirilib. 

Çempionluq üçün ən güclü iddiaçı 27,7 faiz səslə "Arsenal" hesab olunur. Onu "Bavariya" (20,9 faiz) və "Barselona" (17,5 faiz) izləyir. Son çempion PSJ isə 12,1 faiz səslə dördüncü yerdə qərarlaşıb. 

Diqqətəlayiq haldır ki, "Real" (8,3 faiz) və "Liverpul" (6,4 faiz) kimi nəhəng klublar daha aşağı ehtimalla siyahıda yer alıblar. 

"Atletiko" və "Sportinq" siyahının sonuncu pillələrindədir. Bu mövsüm bütün liqa oyunlarında qalib gələn "Arsenal", kuboku qazanacağı təqdirdə, Çempionlar Liqasında ilk qələbəsini qazanacaq.

Qeyd edək ki, aprelin 6-da dörddəbir finalın ilk oyunları keçirilib. “Arselan” səfərdə “Sportinq”ə 1:0 hesabı ilə qalib gəlib. “Real” isə öz meydanında “Bavariyaya 2:1 hesabı ilə məğlub olub.

Bu gün “Barselona”- “Atletiko”, PSJ -“Liverpul” qarşılaşmaları baş tutacaq.

 

İdman xəbərləri

Xəbər lenti