Uşaqlar dilənçilik etməli idilər. Bu "iş"in iki həftəsindən sonra uşaqların 32 yaşlı anası, Xust rayonunun İlnitsa kəndinin sakini 1000 dollar alıb.
Lent.az xarici mediaya istinadən təfərrüatları təqdim edir.
Ukrayna Baş Prokurorluğundan bildirilib ki, ana tanışları və mesajlaşma tətbiqləri vasitəsilə müstəqil şəkildə "alıcılar" axtarıb və uşaqlarına bu cür "iş" təklif edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları pulu aldıqdan dərhal sonra onu İrşava yaxınlığında saxlayıblar.
Qadın Ukrayna Cinayət Məcəlləsinin 149-cu maddəsinin 3-cü hissəsi ilə - yetkinlik yaşına çatmayanların həssas vəziyyətindən istifadə etməklə onlara qarşı törədilən insan alveri ilə ittiham olunub. Məhkəmə onun təxminən 1 milyon qrivna girov qoymaq şərti ilə həbsdə saxlanılmasını qərara alıb. Şübhəli hazırda həbsdədir.
Yeri gəlmişkən, saxlanılan qadının 8 yaşlı başqa bir qızı da var. Prokurorluq artıq onun valideynlik hüquqlarından məhrum edilməsi üçün işlərə başlayıb.
Uşaqlar ailədən çıxarılıb. Hazırda onlar həkim nəzarəti altında xəstəxanaya yerləşdiriliblər.
Ana uşaq satmaq dilənçilik