IMG-LOGO

“Qalatasaray” 3 xalı 3 qolla qazandı

08 Apr 2026 23:09 5 baxış
IMG
1 0

Türkiyə Super Liqasında XXVII turun təxirə salınmış oyunu keçirilib.

Lent.az xəbər verir ki, “Qalatasaray” səfərdə “Göztəpə” ilə üz-üzə gəlib.

Dörd qolun vurulduğu oyunda sevinən tərəf  İstanbul təmsilçisi olub. Oyun “sarı-qırmızılılar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qalatasaray” 67 xalla turnir cədvəlinə başçılıq edir. 63 xalı olan “Fənərbaxça” və “Trabzonspor” isə ikinci və üçüncü pillələri bölüşürlər.

qalatasaray

Xəbər lenti