IMG-LOGO

Modriçin qızı atasından əvvəl İtaliyada kubok qazandı: “Milan”ın gənclər komandasında oynayır

09 Apr 2026 09:38 5 baxış
IMG
0 0

Xorvatiyalı ulduz yarımmüdafiəçi Luka Modriçin 13 yaşlı qızı Ema, “Milan”ın gənclər komandası ilə öz yaş qrupu üçün kubok qazanıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə,  bu, finalı aprelin 6-da baş tutan qadınlar arasında Qarino Kubokudur.

Yarımfinalda “Milan”ın gənc oyunçuları “İnter”dən olan həmyaşıdlarını, finalda isə “Yuventus”u məğlub ediblər.

Emanın atası Luka həmin gün Neapolda olub və 31-ci turda “Napoli” ilə Seriya A oyununa hazırlaşıb, lakin qızının oyununu FaceTime vasitəsilə izləyib.

Modriç ötən yay "Real"dan "Milan"a pulsuz transferlə qoşulub. Eyni zamanda, Ema "rossoneri"nin qadın gənclər komandasına keçib.  

İdman xəbərləri

Xəbər lenti