IMG-LOGO

Lənkəranda ağac avtomobilin üzərinə aşıb, qayınana və gəlin xəsarət alıb

09 Apr 2026 10:57 4 baxış
IMG

Lənkəran rayonunda ağac avtomobilin üstünə aşıb, xəsarət alanlar var.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Parakənd kəndindən keçən hissəsində baş verib.

Astara rayonu Təngərüd kənd sakini, 1967-ci il təvəllüdlü Dəmir Sərvaz oğlu Müzəffərov idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi ilə Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən Parakənd kəndi ərazisində yol kənarında çürümüş ağac avtomobilin üzərinə aşıb.

Nəticədə avtomobildə olan sürücünün qızı, 1988-ci il təvəllüdlü Nüşabə Dəmir qızı Müzəffərova və onun qayınanası, 1960-ci il təvəllüdlü Təzəgül Sabir qızı Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti