IMG-LOGO

Bakıda dostuna görə adam bıçaqlayana 14 il HƏBS CƏZASI

09 Apr 2026 12:48 4 baxış
IMG
3 0

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Şəmsi Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən Şəmsi Məmmədlinin 14 il 3 ay azadlıqdan məhrum edilməsini elan edib.

Qeyd edək ki, dövlət ittihamçısı Ş.Məmmədlinin 15 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, hadisə ötən ilin dekabr ayında Bakının Binə qəsəbəsindəki "Südçülük sovxozu"nun ərazisində baş verib.

Rəvan Nuriyev Şəmsi Məmmədliyə onun dostu Pərviz İbrahimovun narkotik satıcısı olduğunu deyib. Şəmsi Məmmədli məsələnin aydınlaşdırılması məqsədi ilə R.Nuriyevi danışmağa çağırıb. Yaranmış mübahisə nəticəsində Ş. Məmmədli R. Nuriyevə şillə vurub. R. Nuriyev bu barədə qardaşı B. Nuriyevə məlumat verib. Bundan sonra Babək Nuriyev Şəmsi Məmmədlini "söhbət"ə çağırıb. Yaranmış mübahisə zəmnində Ş. Məmmədli B. Nuriyevə ard-arda bıçaq zərbəsi endirib.

Faktla bağlı cinayət işi başlanılıb, Şəmsi Məmmədli Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma), 29 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə təqsirləndirilərək məsuliyyətə cəlb olunub.

Hadisələr

Xəbər lenti