IMG-LOGO

Manuel Noyer Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

09 Apr 2026 18:34 2 baxış
IMG

Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer azarkeşlərin səsverməsinə əsasən UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu 1/4 final mərhələsinin "Real" (İspaniya) ilə keçirilən ilk görüşündə (2:1) özünü yaxşı tərəfdən göstərib.

O, matç ərzində 9 seyvlə yadda qalıb.

Qeyd edək ki, qolkiper səsvermədə David Raya ("Arsenal"), Xviça Kvaratsxeliya (PSJ) və Xulian Alvares ("Atletiko") qabaqlayıb.

Xəbər lenti