IMG-LOGO

Endryu Robertson mövsümün sonunda "Liverpul"u tərk edəcək

09 Apr 2026 22:04 4 baxış
IMG

İngiltərə Premyer Liqası təmsilçisi "Liverpul"un müdafiəçisi Endryu Robertsonun cari mövsümün sonunda komandadan ayrılacaq.

"Report" xəbər verir ki, klubun mətbut xidməti məlumat yayıb.

31 yaşlı şotlandiyalı futbolçunun "Liverpul"la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Tərəflər arasında yeni sözləşmənin imzalanmaması qərara alınıb.

Artıq bir necə klub, xüsusilə "Tottenhem" oyunçunu azad agent statusu ilə heyətinə qatmağa çalışır.

Qeyd edək ki, Endryu Robertson 2017-ci ildən "Liverpul"un formasını geyinir.

Xəbər lenti