IMG-LOGO

İqor Qarafuliç: "WUF13 istiqamətində hazırlıqlar işləri yüksək səviyyədədir"

10 Apr 2026 11:58 4 baxış
IMG

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı hazırlıq prosesi uğurla davam edir və tədbirin əməliyyat tərəfi tam təmin olunub.

Bunu "Report"a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç bildirib.

Onun sözlərinə görə, hazırlıq işləri mütəmadi olaraq yerindəcə izlənilir: "Mən pavilyonların sıfırdan başlayaraq indiki vəziyyətinə qədər necə gəldiyini görmüşəm. Buna görə də, əməliyyat tərəfindən forumun uğurlu olacağına tam əminəm".

İ.Qarafuliç qeyd edib ki, Azərbaycan qlobal urbanizasiya müzakirələrində mühüm rol oynayır: "Dünya bir çox münaqişələrin içində olduğu bir vaxtda Azərbaycanın dialoq üçün məkan təqdim etməsi, nazirləri və dövlət başçılarını bu vacib məsələləri müzakirə etmək üçün bir araya gətirməsi hökumətin fəxr etməli olduğu bir məqamdır".

Rezident-əlaqələndirici forum çərçivəsində genişmiqyaslı tədbirlərin planlaşdırıldığını vurğulayıb: "Hər bir mövzu üzrə dərin söhbətlərimiz, dəyirmi masalar, panellər, mühazirələr və sərgi (ekspo) təşkil olunacaq. Şəhərsalma ilə maraqlanan hər kəsi qeydiyyatdan keçməyə və Bakıda keçiriləcək WUF13-ə gəlməyə dəvət edirəm. Qeydiyyat hər kəs üçün açıqdır".

Xəbər lenti