"Turan Tovuz" AFFA İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına şikayət etməyəcək.
Bu barədə "Report"un sorğusuna cavab olaraq bölgə təmsilçisindən bildirilib.
Qərb klubu qərarın dəyişməsi üçün apellyasiya şikayəti verməyəcək.
Xatırladaq ki, AFFA İntizam Komitəsi "Turan Tovuz"u ötən gün 20 000 manat cərimələyib. Bu məbləğin 15 000 manatı klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin Azərbaycan Kubokunun yarımfinalında "Zirə" ilə matçdan (0:2) sonrakı açıqlamalarına görə olubsa, 5 000 manatı komandanın azarkeşlərinin oyun zamanı hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi ilə bağlıdır.