IMG-LOGO

Azərbaycanda məktəbdə İNSİDENT: müəllim valideyni döydü

10 Apr 2026 11:47 3 baxış
IMG
3 0

Biləsuvarda orta məktəbdə insident olub.

Lent.az-ın məlumatına görə, hadisə Xırmandalı kəndində yerləşən orta məktəbdə baş verib.

Təhsil müəssisəsinin 44 yaşlı müəllimi Afiq Axundov (ad və soyad şərtidir) ilə Fariz (şərti adla) adlı valideyn arasında mübahisə olub. Qida satışı olan hissədə davam edən mübahisə zamanı Afiq müəllim Farizin diz nahiyəsinə zərbə vurub və sonra onlar əlbəyaxa olaraq yerə yıxılıblar. Bu zaman Fariz bir sıra xəsarətlər alıb.

Zərərçəkən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Faktla bağlı Afiq Axundov saxlanılıb və barəsində prokurorluq tərəfindən inzibati protokol tərtib olunub.

Barəsində inzibati xəta üzrə icraat aparılan Afiq Axundov bildirib ki, Fariz direktor müavininin otağına girərək yüksək tonla danışıb. Ona xanımla belə danışmamalı olduğunu bildirsə də, Fariz Afiqi söyüb və o da əsəbiləşərək otaqdan çıxıb. Fariz onun arxasınca düşərək qida satışı hissəsinə gəlib və Afiqin orada əyləşib çay içdiyini görüb. Burada tərəflər arasında mübahisə, daha sonra dava olub.

Zərərçəkən isə bildirib ki, oğlunun digər şagirdlərlə dalaşdığını görüb və onları ayırıb. Sonra bu barədə direktor müavini ilə danışmağa gedib. Bu zaman Afiq adlı müəllimlə arasında məlum hadisə baş verib. Zərərçəkən ifadəsində Afiq müəllimin cəzalandırılmasını xahiş edib.

Məhkəmənin qərarı ilə Afiq Axundov 300 manat məbləğində cərimələnib.

Hadisələr məktəbdə dava Biləsuvar rayonu

Xəbər lenti