IMG-LOGO

ADB rəsmisi: "Qafqaz ölkələri qida məhsullarının istehsalını stimullaşdırmalıdır"

10 Apr 2026 12:35 3 baxış
IMG

Cənubi Qafqaz ölkələrinin hökumətləri, o cümlədən Azərbaycan üçün ərzaq qiymətlərinin sabitləşdirilməsi məqsədilə vaxtında tədbirlər görmək, ünvanlı dəstək təmin etmək və, mümkün olduqda, yerli ərzaq və əsas qida məhsullarının istehsalını daha davamlı şəkildə stimullaşdırmaq son dərəcə vacibdir.

Bunu "Report"un sualına cavab olaraq Asiya İnkişaf Bankının (ADB) Qafqaz, Mərkəzi və Qərbi Asiya üzrə Baş iqtisadçısı Corc Luarsabişvili "Asian Development Outlook" (ADO) icmalının aprel sayının təqdimatına həsr olunmuş media-brifinqdə bildirib.

Onun sözlərinə görə, xalis neft idxalçıları üçün qiymətlərin artımından yaranan şokun ötürülməsinin əsas kanalı cari əməliyyatlar hesabına olan təzyiqdir.

"Ticarət şərtlərinin pisləşməsi və idxal xərclərinin artması səbəbindən xarici ticarət balansının vəziyyəti mənfi təsirə məruz qalır. Əksinə, neft ixracatçıları enerji daşıyıcılarının yüksək qiymətlərindən qazanırlar və onların xarici iqtisadi və fiskal göstəriciləri yaxşılaşa bilər. Enerji daşıyıcılarının yüksək qiymətlərindən qazanan Azərbaycanın timsalında da biz məhz bunu müşahidə edirik, bu da xarici və fiskal balans mövqelərinin yaxşılaşmasına gətirir çıxarır. Əlavə təsir ötürmə kanalları arasında biz iqtisadiyyatlara təsir edə biləcək idxal olunan inflyasiyanı da qeyd etdik. Ya da, məsələn, əgər iqtisadiyyat artıq borclanma üzrə ciddi məhdudiyyətlərlə üzləşirsə, o zaman onların borca xidmət etmək qabiliyyəti pisləşə, sığorta haqları isə arta bilər", - Baş iqtisadçı qeyd edib.

C.Luarsabişvili qeyd edib ki, regionun bir çox ölkələri kənd təsərrüfatı məhsullarının ixracatçısıdır və gübrə qiymətlərinin artması səbəbindən bu ölkələrdə ərzaq məhsullarının qiyməti arta bilər.

Xəbər lenti