Sahibə Qafarova Milli Məclisin futbol komandasını Türkiyədə keçirilmiş TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq turnirində uğurlu çıxışla bağlı təbrik edib.
"Report" xəbər verir ki, o bununla bağlı parlamentin bugünkü plenar iclasının yekununda danışıb.
Sədr xatırladıb ki, Milli Məclisin komandası Antalyada parlamentlərarası beynəlxalq futbol turnirində ikinci yerə çıxıb.
"Komandanın heyətində Milli Məclisin 10 deputatı, 7 əməkdaşı iştirak edib".
Qeyd edək ki, yarışda 6 komanda mübarizə aparıb. Qırğızıstana 1:2 hesabı ilə məğlub olub, sonra Şimali Kiprə 3:0 hesabı ilə qalib gələn Milli Məclisin komandası qrup birincisi kimi finala yüksəlsə də, həlledici oyunda Türkiyə parlamentarilərinə 1:3 hesabı ilə məğlub olaraq turnirdə ikinci yeri tutub.