Serbiya hökuməti neft məhsulları üzrə aksiz rüsumlarını azaldıb.
"Report"un Balkan bürosu xəbər verir ki, Serbiya hökuməti neft məhsullarının qiymətlərinin məhdudlaşdırılması haqqında qərara müvəqqəti olaraq yanacaq üzrə yeni aksiz rüsumlarını müəyyən edən düzəliş qəbul edib.
Məlumata görə, 10 aprel - 24 aprel 2026-cı il tarixlərində benzin üçün aksiz rüsumunu bir litrdə 25 % azalaraq 54 dinar, dizel yanacağı üçün isə 55,53 dinar olacaq.
Xatırladaq ki, mart ayının ortalarında Serbiya hökuməti neft törəmələri üzrə aksiz rüsumlarının məbləğini müvəqqəti olaraq azaltmaq barədə qərarı qəbul edib.