IMG-LOGO

Azərbaycan Mərkəzi Bankının notları üzrə ticarətin məbləği 30 %-dən çox azalıb

10 Apr 2026 14:44 4 baxış
IMG

2025-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) notları üzrə ticarətin məbləği 1,39 milyard manat təşkil edib.

"Report" bu barədə "Bakı Fond Birjası" QSC-yə (BFB) istinadən xəbər verir.

Məlumata görə, bu da, 2024-cü illə müqayisədə 30,2 % azdır.

BFB qeyd edib ki, bu dinamika likvidliyin sterilizasiyası alətlərində depozit hərraclarına yönəlmənin artmasını əks etdirib.

Korporativ və ipoteka istiqrazları üzrə ticarət isə artım nümayiş etdirib. Bu seqment üzrə ümumi ticarət həcmi 2,28 milyard manatdan 2,48 milyard manata (9 % çox) yüksəlib. Artım əsasən korporativ və dövlət müəssisələri istiqrazları hesabına baş verib, ipoteka istiqrazları üzrə aktivlik isə nisbətən sabit qalıb. REPO bazarı isə müəyyən normallaşmaya baxmayaraq bazarın ən böyük seqmenti olaraq qalıb. 2025-ci ildə ticarətin məbləği 50,63 milyard manat təşkil edib və bu göstərici qısamüddətli likvidliyin idarə edilməsi alətlərinə davam edən tələbi əks etdirib.

Xəbər lenti