Bakıda həm rahat yaşayıb, həm də ağıllı investisiya etmək istəyirsən? Məhz bu nöqtədə “Kristal”ın “Park Yasamal” layihəsi diqqətləri üzərinə çəkir.
“Park Yasamal” layihəsi müasir şəhər həyatının üstünlüklərini bir araya gətirən layihə kimi sakinlərə keyfiyyətli bir həyat tərzi vəd edir. Kompleksdə sakinlərin gündəlik həyatını komfortlu etmək üçün hər detal düşünülüb.
Ərazi geniş və yaşıllıqlarla zəngin park sahəsi, göl ətrafında istirahət zonaları, futbol meydançası və uşaqlar üçün təhlükəsiz oyun sahələri ilə seçilir. Özəl uşaq bağçası isə ailələr üçün əlavə rahatlıq təmin edir. 24/7 kamera nəzarət sistemi və geniş, təhlükəsiz avtodayanacaq sakinlərin təhlükəsizliyini ön planda saxlayır.
“Park Yasamal”da müxtəlif ehtiyaclara uyğun mənzil seçimləri təqdim olunur: 2, 3 və 4 otaq, eləcə də, studiya mənzillər fərqli kvadratlarda mövcuddur. Alıcılar üçün həm hazır, həm tikintisi davam edən, həm də əşyalı mənzillər təklif edilir. Hazır mənzillər dərhal köçmək istəyənlər üçün, tikintisi davam edən mənzillər daha sərfəli seçim istəyənlər üçün, əşyalı mənzillər isə vaxt itirmədən köçüb, yaşamaq üçün idealdır.
Mənzillər tam təmirli şəkildə təhvil verilir və təmir zamanı Avropa brendlərinin materiallarından istifadə olunur. Bu isə uzunömürlü və estetik baxımdan cəlbedici yaşayış mühiti deməkdir.
Ödəniş şərtləri də alıcılar üçün olduqca əlverişlidir. Mənzilləri 30%-dən başlayan ilkin ödənişlə 36 ayadək daxili kreditlə və ya 20 ilədək ipoteka krediti ilə əldə etmək mümkündür. Eyni zamanda, dövlət ipotekasına yararlı yeni mənzillər də satışdadır. Şirkətin təqdim etdiyi “Evini hissə-hissə al” modeli isə xüsusi diqqət çəkir. Bu model sayəsində mənzilə aylıq öhdəliksiz və faizsiz şəkildə sahib olmaq mümkündür.
Ətraflı: *1544 Ünvan: Yasamal rayonu, Müstəqillik küçəsi kristal.az
Park Yasamal Kristal
