İsrail Müdafiə Ordusu Qəzza zolağında yaxın vaxtlarda İsrail qüvvələrinə qarşı hücumlar planlaşdıran iki silahlı şəxsin öldürüldüyünü bildirib.
"Report" ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qəzza zolağının cənubunda "Kətibət əl-Mücahidin" qruplaşması ilə əlaqəli olan Mahmud Barim öldürülüb. Bildirilib ki, o, İsrail qüvvələrinin hərəkətlərini izləməklə məşğul olub.
Qəzza zolağının şimalında HƏMAS hərəkatının üzvü, İsrail tərəfinin ordularına qarşı bir sıra hücumlarda iştirakda günahlandırdığı Əhməd Məhəmməd Saleh öldürülüb.