IMG-LOGO

Azərbaycan əsas tədarük bazarından qurudulmuş üzüm tədarükünü kəskin artırıb

10 Apr 2026 15:02 4 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycan 2,2 milyon ABŞ dolları dəyərində 758 ton qurudulmuş üzüm idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 65 %, kəmiyyət olaraq – 26 % çoxdur.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 1,65 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3 dəfə çox) 471 ton (+2,5 dəfə), İrandan 551 min ABŞ dolları dəyərində (-26 %) 287 ton (-31 %) və Almaniyadan 0,02 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 5 min 282 ton kişmişin 57 %-i Özbəkistanın, 42 %-i İranın payına düşüb.

Xəbər lenti