IMG-LOGO

Qaluzin-Arsenyan görüşündə "3+3" platforması və nəqliyyat kommunikasiyaları gündəmə gəlib

10 Apr 2026 16:58 4 baxış
IMG

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyan İrəvanla Moskva arasında ikitərəfli gündəliyə aid məsələləri müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib.

"Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda Moskvada aparılmış danışıqların nəticələri fonunda ikitərəfli münasibətlərlə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ticari-iqtisadi və mədəni-humanitar sahələrdə yüksək səviyyədə əldə olunmuş razılaşmaların yerinə yetirilməsi üzrə fəal birgə işin əhəmiyyəti vurğulanıb", - nazirlikdə qeyd ediblər.

Bundan başqa, regional məsələlər, o cümlədən Cənubi Qafqazda iqtisadi əlaqələrin inkişafı və nəqliyyat kommunikasiyalarının qurulması müzakirə olunub. Eyni zamanda, "3+3" regional əməkdaşlıq platformasının fəaliyyətinə də toxunulub.

Qeyd edək ki, Putinlə Paşinyanın görüşü aprelin 1-də baş tutub.

Xəbər lenti