IMG-LOGO

Novak Cokoviç karyerasını Los-Anceles-2028 Yay Olimpiya Oyunlarında başa vurmaq istəyir

10 Apr 2026 16:37 4 baxış
IMG

Serbiyalı tennisçi Novak Cokoviç 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarından sonra karyerasını bitirmək istəyir.

"Report" xəbər verir ki, 38 yaşlı idmançı bu barədə "Sportal.rs"ə açıqlamasında bildirib.

O, bunun mümkün olması üçün çalışacağını sözlərinə əlavə edib:

"Əlimdə Serbiya bayrağı ilə 2028-ci ildə keçiriləcək olimpiadada karyeramı bitirmək niyyətindəyəm. Bu, gözəl olardı. Amma necə olacağını deyə bilmərəm. Düzünü desəm, bəzi şeylə nəzarətimdən kənardadır. Amma fiziki və zehni sağlamlığımı qorumağa çalışacağam".

Xatırladaq ki, Novak Cokoviç karyerasında 24 dəfə "Böyük Dəbilqə", 101 dəfə ATP titulunu qazanıb. O, Pekin-2008 Yay Olimpiya Oyunlarında bürünc, Paris-2024-də isə qızıl mükafata sahib çıxıb.

Xəbər lenti