IMG-LOGO

KİV: Vens ABŞ və İran danışıqlarının təşkilində əsas rol oynayıb

11 Apr 2026 11:15 4 baxış
IMG

ABŞ-niın vitse-prezidenti Cey Di Vens aprelin 11-nə İslamabadda (Pakistan) planlaşdırılan Vaşinqton və Tehran arasında danışıqların təşkilində əsas rol oynayıb.

"Report" xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Onun dəyərləndirməsinə görə, atəşkəs rejiminin möhkəmləndirilməsi üçün bir neçə günlük danışıqlar tələb olunacaq.

"Bununla yanaşı, Pakistan hakimiyyəti bu məqsədə nail olmağa kömək etmək üçün Vensi ölkədə daha uzun müddət qalmağa razı salmağa ümid edir", - mənbə yazıb.

Onun sözlərinə görə, İran ABŞ Prezidentinin xüsusi elçisi, İranla danışıqların əvvəlki raundlarına rəhbərlik etmiş və hazırkı danışıqlar qrupuna daxil olan Stiv Uitkoffa etibar etmir.

Qeyd edək ki, İran və Amerika nümayəndə heyətləri danışıqlar aparmaq üçün artıq İslamabada gəliblər. Bununla belə, danışıqların başlama vaxtı açıqlanmır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

Xəbər lenti