IMG-LOGO

Cəlilabadda 17 kiloqram narkotik aşkarlanıb

11 Apr 2026 12:11 5 baxış
IMG

Cəlilabadda əvvəllər məhkum olunmuş şəxsdən 17 kiloqram narkotik vasitə aşkarlanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Tədbirlər zamanı əvvəllər məhkum olunmuş 34 yaşlı Ziya Heydərzadə saxlanılıb. Ondan ümumilikdə 17 kiloqram marixuana, heroin, tiryək və metamfetamin aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti