IMG-LOGO

“Ne mutlu türküm” deyən müğənni ölkəyə buraxılmadı

11 Apr 2026 13:12 5 baxış
IMG
2 0

Türkiyəli məşhur müğənni İşın Karaca Yunanıstana buraxılmayıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni İşın Karaca ailəsi ilə turist kimi getdiyi Yunanıstanın hava limanından video paylaşaraq, ölkəyə girişinə icazə verilmədiyini açıqlayıb.

Sosial şəbəkə hesabında paylaşım edən sənətçi başına gələnləri danışıb və Afinadan geri göndəriləcəyini bildirib:

“Afinaya girişim rədd edildi. Niyə? Çünki 2024-cü ildə Gümülcinedə Ne mutlu Türküm Diyene və İzmirin Dağlarında Çiçekler Açar marşını ifa etmişəm. Qızım və həyat yoldaşım daxil oldu, amma mən deport edildim.

Bu mənim üçün milli məsələ imiş. Həyatımda belə absurd münasibət görməmişəm. Bir stəkan su verən belə yoxdur. Saatlardır buradayıq. Bizi ölkəmizə geri göndərəcəklər”.

Işın Karaca Yunanıstana buraxılmadı müğənni

Xəbər lenti