IMG-LOGO

Gəncə prospektində sürüşmə baş verib, mütəxəssislər hadisə yerinə gedib

11 Apr 2026 14:49 4 baxış
IMG

Son günlər Abşeron yarımadasında müşahidə olunan intensiv atmosfer çöküntülərinin düşməsi ilə Bakının Xətai rayonu, Gəncə prospekti 29/35 ünvanında sərt yamacda səthi yuyulma nəticəsində sürüşmə baş verib.

Bunu "Report"a açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında 3-4 kub suxur kütləsinin islanaraq yamac boyunca uçması hesabına sürüşmə olub:

"Proses lokal xarakterli olub. Nisbətən yumşaq suxurların yağış suları hesabına yuyulması və islanması nəticəsində baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır".

Xəbər lenti