IMG-LOGO

Masajçı, bərbər, morq işçisi: Ulduzların ilk peşəsi nə olub?

11 Apr 2026 15:50 4 baxış
IMG
0 0

Dünya şöhrətli ulduz olmazdan əvvəl bu məşhurlar gözlənilməz sahələrdə çalışıblar.

Lent.az xarici mediaya istinadla Hollivudun parıltılı dünyasına daxil olmazdan əvvəl yanğınsöndürən, müəllim, həkim, hətta morq işçisi olan simaların siyahısını təqdim edirik.

Stiv Buşemi – Yanğınsöndürən

Hollivudun ən xarakterik aktyorlarından biri olan Stiv Buşemi gənc yaşlarında Nyu-York yanğınsöndürmə idarəsində (FDNY) çalışıb. Maraqlıdır ki, o, məşhurlaşdıqdan sonra belə, 11 sentyabr terror aktları zamanı könüllü olaraq köhnə işinə qayıdıb və dağıntılar altında qalanların xilas edilməsində həmkarlarına kömək edib.

Hyu Cekman – Bədən tərbiyəsi müəllimi

"Rosomaxa" obrazı ilə tanınmazdan əvvəl Hyu Cekman İngiltərədə bədən tərbiyəsi dərsləri keçirdi. Bundan əlavə, o, uşaq şənliklərində "Kloun Koko" adı ilə çıxış edib, lakin aktyorun dediyinə görə, fokus göstərmək məsələsində o qədər də uğurlu olmayıb.

Denni De Vito – Bərbər

Denni De Vito məktəbi bitirdikdən sonra bacısının bərbər salonunda ailə biznesinə qoşulub. Aktyor xatırlayır ki, o zamanlar bərbər kimi çalışmaq ona insanlarla ünsiyyət qurmaqda və həyata fərqli baxış bucağı qazanmaqda böyük təcrübə olub.

Vupi Qoldberq – Morqda kosmetoloq

Vupi Qoldberqin Hollivuda gedən yolu morqdan keçib. O, dəfn öncəsi vəfat etmiş şəxslərə makiyaj edən kosmetoloq kimi çalışıb. Aktrisa həmçinin bənna və bank xəzinədarı kimi peşələrdə də özünü sınayıb.

Kristofer Uoken – Şir təlimçisi

Yeniyetməlik illərində Kristofer Uoken sirkdə işləyib. O, yırtıcı heyvanlarla, daha dəqiq desək, şirlərlə bağlı nömrələrdə köməkçi olub. Uoken çıxışlardan sonra qəfəsə girərək heyvanlara komanda verdiyini xatırlayır.

Harrison Ford – Dülgər

Harrison Fordun hekayəsi artıq Hollivud əfsanəsinə çevrilib. O, dülgər işləyərkən kino dünyasından olan insanların diqqətini çəkib və bu təsadüf onun "Ulduz müharibələri" filmində Han Solo rolunu almasına səbəb olub.

Nikol Kidman – Masajçı

Yeniyetmə ikən Nikol Kidman massajçı ixtisasına yiyələnib. Buna səbəb anasının xərçəng xəstəliyindən müalicə alması olub; Nikol onun ağrılarını yüngülləşdirmək istəyirdi. Aktrisa uğur qazandıqdan sonra da yaxınlarına massaj etməyi sevdiyini etiraf edir.

Ken Conq – Həkim

Komediya ulduzu Ken Conq əslində tibb elmləri doktorudur. O, bir neçə il praktikant həkim kimi çalışıb və müəyyən müddət həkimliklə stend-ap fəaliyyətini paralel aparıb. Onun hələ də tibbi lisenziyası var və bəzən çəkiliş meydançalarında təcili hallarda yardıma ehtiyac duyulanda köməyini əsirgəmir.

Con Hemm – Dram müəllimi

"Mad Men" serialı ilə məşhurlaşan Con Hemm vaxtilə oxuduğu məktəbdə dram dərsləri keçib. Maraqlıdır ki, onun şagirdlərindən biri sonradan məşhurlaşan aktrisa Elli Kemper olub.

Vanda Sayks – Dövlət satınalmaları mütəxəssisi

Komediya sahəsinə gəlməzdən əvvəl Vanda Sayks ABŞ Milli Təhlükəsizlik Agentliyində (NSA) çalışıb. Onun vəzifəsi tamamilə fərqli bir sahə ilə – müxtəlif avadanlıqların və texnikanın dövlət satınalmaları ilə bağlı olub.

Kristofer Uoken Nikol Kidman maqazin Hollivud

Xəbər lenti