IMG-LOGO

Makron və Məhəmməd bin Salman ABŞ-İran danışıqlarını müzakirə ediblər

11 Apr 2026 17:59 4 baxış
IMG

Fransa Prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

"Report"un məlumatına görə, bu barədə Fransa Prezidenti "X" sosial şəbəkəsindəki hesabında yazıb.

E.Makron həmçinin Hörmüz boğazının blokadadan azad edilməsinin zəruriliyini müzakirə edib:

"Biz Hörmüz boğazında azad və təhlükəsiz gəmiçiliyin mümkün qədər tez bərpa olunmasının zəruriliyini müzakirə etdik. Pakistanda danışıqlar davam edərkən, biz gərginliyin azaldılmasına, gəmiçiliyin azadlığına və regionda möhkəm sülh və təhlükəsizliyi təmin edəcək sazişin bağlanmasına kömək etmək üçün sıx əlaqə saxlamağa razılaşdıq".

Qeyd edək ki, hazırda İran və ABŞ Pakistanın vasitəçiliyi ilə İslamabadda danışıqlar aparır.

Xəbər lenti