Albaniya Baş naziri Edi Rama Avropa İttifaqı ilə danışıqların maneəsiz irəlilədiyini bildirib və prosesin bloklanması ilə bağlı müxalifətin iddialarını təkzib edib.
"Report"un Balkan bürosu xəbər verir ki, baş nazir bu barədə Luşniya bələdiyyəsinin Krutye kəndində fermerlərlə görüşündə çıxışı zamanı danışıb.
O, müxalifətin üzvlük danışıqlarında durğunluq yaranması barədə fikirlərini əsassız adlandırıb.
"Heç nə bloklanmayıb. Heç bir bloklanma yoxdur, çünki bloklanacaq bir şey yoxdur", - deyən Rama müxalifət nümayəndələrini yanıldıcı bəyanatlara görə tənqid edib.
O vurğulayıb ki, Aİ-yə üzvlük iddia edildiyi kimi dayandırıla bilən yox, davamlı danışıqlar prosesidir.
Daha əvvəl analoji açıqlama ölkənin Avropa və xarici işlər naziri Ferit Hoxha da çıxış edib.