Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, 1999-cu il təvəllüdlü əslən Ağdam rayonunun İlxıçılar kəndindən olan Aslanov Nabil Saleh oğlu kafedə mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.
Yaralıya əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasında tibbi müdaxilə edilib, daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.