IMG-LOGO

Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb

12 Apr 2026 12:01 2 baxış
IMG

Qazaxıstanın Astana şəhərinin mərkəzindəki 21 mərtəbəli binada baş verən yanğın nəticəsində üç uşaq ölüb.

"Report"un xəbərinə görə, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Yanan mənzildən bir qadın xilas edilib və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yanğınsöndürənlər binadan 20 nəfəri təxliyə edib, təxminən 40 sakin isə binanı özləri tərk edib.

Qeyd olunur ki, yanan mənzil 15-ci mərtəbədə yerləşir. Yanğın qısa zamanda söndürülüb.

Nazirliyin məlumatına görə, Astana meriyası mərhumun ailəsinə və yaralı qadına kömək edəcək.

Xəbər lenti