IMG-LOGO

Türkiyədə yediyi yeməyin dadı damağında qaldı: Tramp Ağ ev üçün resept istədi

10 Jul 2026 13:29 6 baxış
IMG
0 0

Türkiyədə keçirilən NATO Zirvəsi çərçivəsində dövlət və hökumət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbul təkcə siyasi müzakirələrlə deyil, təqdim edilən yeməklərlə də diqqət mərkəzində olub. Gecəyə iki Michelin ulduzuna sahib azərbaycanlı-türk aşpaz Fatih Tutakın hazırladığı xüsusi menyu damğa vurub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, türk mətbəxinin seçmə nümunələrinin təqdim olunduğu ziyafətdə ABŞ prezidenti Donald Tramp xüsusilə dana qabırğa tandırı və hünkar bəyəndi yeməyini çox bəyənib. Bildirilir ki, yeməyin dadından heyran qalan Tramp aşpazdan resepti istəyərək onu Ağ evin rəsmi menyusuna daxil etməyi planlaşdırdığını bildirib.

Tramp mal əti qabırğalarının reseptini istədi

Gecənin ən çox diqqət çəkən məqamlarından biri Donald Tramp ilə Fatih Tutak arasında baş verən söhbət olub. Tramp türk mətbəxinin seçilən yeməklərindən olan dana qabırğa tandırı və hünkar bəyəndini yüksək qiymətləndirərək aşpazdan resepti xüsusi olaraq istəyib. Məlumata görə, ABŞ prezidenti bu yeməyin gələcəkdə Ağ evin rəsmi ziyafətlərinin menyusunda yer almasını arzuladığını bildirib.

Makrondan Paris təklifi

Emmanuel Makron və xanımı Bricit Makron isə gecədə "Urla saqqız ənginarı və Tokat üzüm yarpağı souslu salat"a üstünlük veriblər. Müasir türk mətbəxindən təsirlənən Makron Fatih Tutakı yüksək qiymətləndirərək ona Parisdə bu konsepsiyada restoran açmağı tövsiyə edib.

Pedro Sançes şirniyyata heyran qaldı

Pedro Sánchez isə menyunun sonunda təqdim olunan qaymaqlı və Antep püstəli şirniyyatı xüsusi bəyəndiyini bildirib. O, Fatih Tutaka və komandaya təşəkkür edərək desertin yaddaqalan olduğunu vurğulayıb.

Türk mətbəxi diplomatiyanın da gündəminə çevrildi

Qəbulda iştirak edən xarici liderlər həm Türkiyənin qonaqpərvərliyini, həm də milli mətbəxin müasir təqdimatını yüksək qiymətləndiriblər. Fatih Tutak və komandasının hazırladığı menyu sayəsində Ankarada keçirilən NATO Zirvəsi təkcə siyasi qərarlarla deyil, həm də türk mətbəxinin beynəlxalq səviyyədə uğurlu təqdimatı ilə yadda qalıb.

 

Maraq Donald Tramp ağ ev Fatih Tutak NATO Zirvəsi Türkiyə türk mətbəxi

Mənbə: lent.az

Xəbər lenti