IMG-LOGO

Səudiyyə Ərəbistanı "Şərq - Qərb" boru kəmərinin işini bərpa edib

12 Apr 2026 19:41 3 baxış
IMG

Səudiyyə Ərəbistanı Krallığın enerji infrastrukturu obyektlərinə hücumların nəticələrindən sonra "Şərq - Qərb" boru kəməri ilə neftin nəqlini tam həcmdə bərpa edib.

"Report" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bəyanatında deyilir.

"Uğurlu əməliyyat və texniki səylər boru kəməri vasitəsilə sutkada təxminən 7 milyon barel təşkil edən tam nəql gücünü, həmçinin Manifa yatağında hasilatın həcmini sutkada təxminən 300 min barel miqdarında bərpa etməyə imkan verib. Xurays yatağına gəldikdə isə, tam istehsal gücünün bərpası üzrə işlər davam edir", - bəyanatda bildirilir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə aviazərbələr endirib. Elə həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib.

Xəbər lenti