IMG-LOGO

Neft Daşları yaxınlığında balıqçı batdı: axtarışlara helikopter cəlb olundu - VİDEO

14 Apr 2026 16:40 3 baxış
IMG
3 0

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Osmanov Rahim Ramiz oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Hadisələr

Xəbər lenti