IMG-LOGO

Budanov: Ukraynaya Rusiya ilə qarşıdurmada yeni texnoloji sıçrayış lazımdır

23 Apr 2026 15:32 6 baxış
IMG

Ukraynanın Rusiya ilə qarşıdurmada mövqelərini gücləndirə biləcək keyfiyyətli texnoloji irəliləyişə ehtiyacı var.

"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov bildirib.

Onun sözlərinə görə, Ukrayna və Rusiya öz radioelektron mübarizə və hava hücumundan müdafiə vasitələrini artırır.

"Yeni texnoloji sıçrayış lazımdır. Söhbət süni intellekt texnologiyalarından və siqnal ötürülməsinin prinsipial olaraq yeni üsullarından gedir, çünki hazırkı texnoloji həllər artıq öz potensialını tükədib. Sayı çoxaltmaq olar, ancaq bu, problemin həlli olmayacaq", - o bildirib.

Budanov həmçinin qeyd edib ki, Ukrayna Rusiya ilə müharibədə uduzmur, lakin qarşıdurmada templəri azaltmamalıdır.

"Biz bu müharibədə qalib gəlirikmi? Qətiyyən uduzmayacağıq. Amma əgər dayansaq və ya templəri azaltsaq - risklər olacaq", - Prezident Ofisinin rəhbəri bildirib.

Xəbər lenti