IMG-LOGO

"Uzak Şehir"in bir bölümünü belə qaçırmıram" - Dövlət Baxçalı

23 Apr 2026 16:08 6 baxış
IMG
2 0

Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı yerli serialların Türkiyənin dünyada tanınmasına verdiyi töhfələrdən danışıb.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, o, bu sahəyə xüsusi dəstək verilməsinin vacibliyini vurğulayıb. Media nümayəndələri ilə görüşən Baxçalı, hazırda ən çox bəyəndiyi ekran işinin adını da açıqlayıb.

MHP lideri, baş rollarını Ozan Akbaba və Sinem Ünsalın paylaşdığı "Uzak Şehir" serialını böyük maraqla izlədiyini və heç bir bölümü qaçırmadığını qeyd edib. O, yerli və milli medianın dövlət və millət üçün strateji əhəmiyyət kəsb etdiyini bildirərək, türk seriallarının qlobal uğurlarını yüksək qiymətləndirib.

Baxçalının serial dünyasına marağı bununla məhdudlaşmır. O, bir müddət əvvəl "Yeraltı" serialının baş rol ifaçısı Uraz Kaygılaroğluya şəxsən zəng edərək təbriklərini çatdırmışdı. Partiya sədri həmin zəngdə xüsusilə gənclərin zərərli vərdişlərdən uzaq durmasını təşviq edən ssenarilərin və uğurlu yayımçılığın önəmini vurğuladığını xatırladıb.

"Türk gəncliyinin pis vərdişlərdən uzaq durması istiqamətində görülən işlərdən və bunun nümunəvi bir ssenari ilə ekranlara daşınmasından məmnunluq duyuram", – o qeyd edib.

Dövlət Baxçalı Uzak Şehir serial MHP

Xəbər lenti