IMG-LOGO

İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib

25 Apr 2026 11:47 6 baxış
IMG

İranda İsrailin "Mossad" kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunan ölkə vətəndaşı barəsində çıxarılmış ölüm hökmü icra edilib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" "Tasnim" agentliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, edam edilən Ərfan Kiani "Mossad"a işləməkdə, eləcə də bu il ölkədə keçirilən ümummilli etirazlar zamanı vandalizm və zorakılıq aktlarında iştirakda təqsirli bilinib.

İran hakimiyyətinin məlumatına görə, Kianinin İsfahanda yandırma, əmlakın dağıdılması və əhalini təşvişə salmaqda əli olub. O, həmçinin soyuq silahdan istifadədə ittiham olunur.

Məlumata görə, hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.

Xəbər lenti