IMG-LOGO

Ferit Hoxha: Albaniya BƏƏ-nin Tiranada səfirlik açacağına ümid edir

25 Apr 2026 11:43 6 baxış
IMG

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Albaniyada səfirlik açmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Albaniyanın xarici işlər naziri Ferit Hoxha Delfi İqtisadi Forumu çərçivəsində BƏƏ xarici işlər nazirinin biznes və xeyriyyəçilik məsələləri üzrə xüsusi elçisi Bədr Cəfər ilə görüşünün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb .

"BƏƏ-nin Tiranada səfirliyinin açılması perspektivi irəliyə doğru vacib və çoxdan gözlənilən bir addımdır. Bu, tərəfdaşlığımızın möhkəmliyini və keyfiyyətini əks etdirir, qarşıdan gələn illərdə daha dərin və dinamik əməkdaşlığa yol açır", - o qeyd edib.

Nazir qeyd edib ki, Cəfərlə aparılan müzakirələr iki ölkə arasında genişlənən iqtisadi imkanlara yönəlib, əsas diqqət isə ticarət əlaqələrinin gücləndirilməsi və əməkdaşlıq sahələrinin genişləndirilməsinə ayrılıb.

"Baxmayaraq ki, ölkələrimiz artıq möhkəm münasibətlər və əməkdaşlıq üçün dayanıqlı təməl yaradıb, mən BƏƏ-nin özəl sektorunun enerji, turizm, innovasiya və mehmanxana biznesi kimi əsas sahələrdə, eləcə də digər istiqamətlərdə daha fəal iştirakına çağırdım", - o deyib.

Xəbər lenti