IMG-LOGO

İsrail ordusu Livanın cənubunda "Hizbullah" mövqelərinə zərbələr endirib

25 Apr 2026 11:20 5 baxış
IMG

İsrail Müdafiə Ordusu Livanın cənubundakı üç rayonda - Dir-əz-Zəhrani, Kfar-Reman və Əl-Samiyədə "Hizbullah" qruplaşmasına məxsus raket buraxılış qurğularına zərbələr endirdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hərbçilərin açıqlamasına görə, vurulan mövqelər İsrail Müdafiə Ordusu və vətəndaşlar üçün birbaşa təhlükə yaradırdı. Qeyd olunur ki, zərbələr sərhədyanı zonada potensial təhlükələrin aradan qaldırılmasına yönəlmiş davam edən fəaliyyətlər çərçivəsində endirilib.

Xəbər lenti