IMG-LOGO

"Arsenal" Premyer Liqada yeni rekorda imza atıb

26 Apr 2026 12:12 2 baxış
IMG

"Arsenal" komandası İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

"Report" "Opta Sports"a istinadən xəbər verir ki, "topçular" buna XXXIV turda "Nyukasl"ı məğlub etdikləri (1:0) matçda nail olub.

London təmsilçisi çempionatda künc zərbələrindən vurulan qollara görə rekord müəyyənləşdirib. Komandanın cari mövsümdə 17 belə qolu var.

Daha əvvəl "Oldhem" (1992/1993), "Vest Bromviç" (2016/2017) və "Arsenal" (2023/2024) bir mövsümdə künc zərbələrindən 16 dəfə fərqləniblər.

Xatırladaq ki, "Arsenal" hazırda Premyer Liqada 73 xalla liderdir.

Xəbər lenti