2011-2015-ci illər arasında "Qalatasaray"da oynamış Emmanuel Ebue çətin günlər yaşayır.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, İstanbul klubu ilə çempionluq qazanan Fil Dişi Sahilidən olan keçmiş futbolçu hər şeyini itirdiyini bildirib.
Ebue deyib: "İngiltərədə üç ev almışdım. Çoxlu maşınım var idi. Çox şey itirmişəm. Nə qədər itirdiyimi demək istəmirəm, amma çox şeydir. Hər şeyimi itirmişəm".
“Birisi ilə birlikdə olanda onu xoşbəxt etmək üçün əlimdən gələni edirəm. O, mənə üç uşaq verdi, mən də onu xoşbəxt etmək üçün hər şeyi etdim. Bu günə qədər uşaqlarımın son vaxtlar çəkdirdiyi bir dənə də olsun şəklim yoxdur. Anadan yeni şəkillər istədikdə, o, onları mənə verməkdən imtina etdi. Mesajlarımı oxuyurlar, amma cavab vermirlər”, - Ebue əlavə edib.
"Çelsi" klubun akademiyasında oynayan oğlu Matis Ebue ilə peşəkar müqavilə imzaladığını açıqlayıb. Matis Ebue 17 yaşından sonra klubla ilk peşəkar müqaviləsini imzalayıb. Atası Emmanuel Ebue oğlu ilə heç bir əlaqəsi olmadığını açıqlayıb: "O, "Çelsi"yə keçəndə orada ola bilmədiyim üçün çox kədərliyəm... Onun üçün çox xoşbəxtəm. Oğlumun yanında olmaq və ona kömək etmək istəyirəm".
Ebue deyib ki, arzusu futbol təcrübəsini gənclərlə bölüşməkdir. “Bəlkə "Arsenal" və ya "Qalatasaray" mənə zəng edər və mən gəlib uşaqlara kömək edərəm. Mən həmişə bunun üçün dua edirəm. Bilirəm ki, bir gün bu baş verəcək".
Emmanuel Ebue futbol "Qalatasaray"

