IMG-LOGO

Avarçəkənlərimiz "Paolo d"Aloja" turnirində iki medal qazanıb

26 Apr 2026 19:59 4 baxış
IMG

Akademik avarçəkmə üzrə gənclərdən ibarət yığma komandamız "Paolo d"Aloja" xatirə turnirində uğurlu çıxış edib.

"Report" xəbər verir ki, təmsilçilərimiz İtaliyada təşkil olunan reqatada iki medal qazanıb.

Nurlan Paşayev - Ziya Məmmədzadə cütü 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb. Azər İlyasov eyni məsafədə 1 nəfərlik qayıqda üçüncü yeri tutub.

Xəbər lenti