IMG-LOGO

Bakıda doğulan Xalq atisti 2 milyon CƏRİMƏLƏNƏ bilər: bağ evindən çaya çirkab axıdıb

27 Apr 2026 13:09 3 baxış
IMG
4 0

Rusiyanın Xalq artisti Larisa Dolina növbəti dəfə qalmaqalın mərkəzinə düşüb. Rusiya estradasının ulduzu haqqında prokurorluğa şikayət edilib və onun qanunu pozaraq təbiətə zərər vurduğu iddia olunur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, məsələ sənətçinin Moskva ətrafındakı Slavino qəsəbəsində yerləşən bağ evindəki lüks süni göllə bağlıdır. Sahibkar Qleb Rıskovun iddiasına görə, müğənni gölü tikdirərkən sahil zolağının relyefini dəyişib və çayın qorunan hissəsinə borular çəkib.

Ekspertlər bildirirlər ki, əgər süni göl birbaşa federal su obyektinə birləşibsə, bu, dövlət mülkiyyəti sayılır və xüsusi müqavilə tələb edir. İş adamı isə iddia edir ki, həmin borular vasitəsilə çaya naməlum tərkibli kimyəvi sular axıdılır və bu, ərazidəki ekologiyaya ciddi zərbə vurur. Larisa Dolina isə ittihamları rədd edərək gölün onun şəxsi mülkiyyəti olduğunu və öz torpağında istədiyini etmək hüququna sahib olduğunu vurğulayır.

Hazırda prokurorluq tərəfindən sudan nümunələr götürülüb. Əgər müğənninin təqsiri sübuta yetirilərsə, onu kiçik məbləğli cərimədən əlavə, təbiətə dəymiş ziyanın kompensasiyası gözləyir. Mətbuatın yazdığına görə, bu məbləğ 100 milyon rubla (təqribən 2 270 000 manat) çata bilər.

Sənətçinin dostları onun mənzil dələduzluğu hadisəsindən sonra hələ də gərgin olduğunu və bu yeni iddiaların onun səhhətinə mənfi təsir etdiyini bildirirlər. Bəzi tərəfdarları isə hesab edir ki, şikayətçi iş adamı sadəcə məşhur simaların adı üzərindən gündəmə gəlməyə çalışır, çünki o, daha əvvəl Filipp Kirkorov və Aleksandr Qordona qarşı da oxşar iddialar qaldırıb. Ekspertizanın nəticələri bir aydan sonra məlum olacaq.

Qeyd edək ki, Larisa Dolina 1955-ci il sentyabrın 10-da Bakı şəhərində yəhudi ailəsində anadan olub. Atası Aleksandr Markusoviç Kudelman, anası isə Qalina İzrailevna Kudelmandır.

Larisa Dolina Xalq artisti

Xəbər lenti