IMG-LOGO

Rusiya "Çernomorsk" limanına hücum edib

27 Apr 2026 13:29 3 baxış
IMG

Rusiya Silahlı Qüvvələri aprelin 26-da Ukraynadakı "Çernomorsk" dəniz ticarət limanının infrastrukturuna hücum edib, nəticədə dənizə günəbaxan yağı dağılıb, ərazidə böyük ləkə yaranıb.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" ölkənin Cənub-Qərb dairəsinin dövlət ekoloji müfəttişliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"26 aprel 2026-cı il tarixində Çernomorsk şəhərinin atəşə tutulması nəticəsində "Çernomorsk" dəniz ticarət limanının infrastrukturu zədələnib. Yanğın zamanı 6 min ton tutumu olan günəbaxan yağı rezervuarı dağılıb", - qeyd edilib.

Məlumata görə, suyun səthində ölçüsü təxmini 400-ün 200 metrə olan ləkə yaranıb. Hücumun nəticələrinin lokallaşdırılması aparılır.

Çirklənmə səviyyəsini müəyyən etməyə və dəyən ziyanı hesablamağa imkan verəcək laboratoriya tədqiqatları üçün dəniz suyundan nümunələr götürülüb.

Xatırladaq ki, Rusiya qoşunları aprelin 26-na keçən gecə Odessa vilayətinə zərbə pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum nəticəsində liman və logistika infrastrukturu obyektləri, anbar sahələri, texniki avadanlıqlar, yüklərin saxlanması üçün rezervuarlar, inzibati binalar və yük nəqliyyatı zədələnib.

Xəbər lenti