IMG-LOGO

Yaponiya Baş naziri Hörmüzün bağlanması fonunda enerji resurslarına qənaət etməməyə çağırıb

27 Apr 2026 14:08 3 baxış
IMG

Yaponiya Baş naziri Sanae Takaiti ölkə vətəndaşlarını Yaxın Şərqdə qeyri-müəyyən vəziyyətin hökm sürməsinə baxmayaraq, iqtisadi və ya sosial fəaliyyəti azaltmamağa çağırıb.

"Report" "Kyodo"ya istinadən xəbər verir ki, baş nazir bunu parlamentdə çıxışı zamanı bildirib.

Takaitinin sözlərinə görə, o, Yaxın Şərqdəki münaqişə səbəbindən təchizatla bağlı qeyri-müəyyənlik fonunda enerji istehlakının azaldılması çağırışlarına qarşıdır.

"Hesab edirəm ki, hazırkı mərhələdə iqtisadi və ya sosial fəaliyyət dayandırılmamalıdır. Hökumət digər mənbələrdən neft təchizatının təmin edilməsi üzərində çalışır", - o bildirib.

Onun parlamentdəki çıxışı Hörmüz boğazının faktiki olaraq bağlanması fonunda səsləndirilib. Bu, təbii resurslarla zəif təmin olunmuş digər Asiya ölkələrinin yanacaq istehlakı ilə bağlı çağırışlar etməsinə səbəb olub.

"Kyodo" qeyd edib ki, boğazın bağlanmasından zərər çəkən digər Asiya ölkələri kimi, Cənubi Koreya da vətəndaşlarını elektrik enerjisi istehlakını azaltmağa çağırıb, Malayziya isə enerji istehlakını azaltmaq üçün distant iş modelini təşviq etməyə başlayıb.

Xəbər lenti