Çexiyanın maşınqayırma nəhəngi olan "Škoda Group", xüsusilə də "Škoda Transportation" şirkəti Bakı metrosu üçün qatarların tədarükü üzrə tenderdə iştirak etmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Çexiyanın informasiya agentlikləri ölkənin Baş naziri Andrey Babişlə Azərbaycan Prezidenti İlham Əliyev arasında Qəbələdə aparılmş danışıqların yekunları əsasında məlumat yayıb.
Məlumata görə, danışıqlarda Bakı ilə Praqa arasında hökumətlərarası komissiya, təhsil sahəsində, xüsusilə universitetlər arasında əməkdaşlığın gücləndirilməsi, enerji və müdafiə sənayesi sahəsində əlaqələrin genişləndirilməsi məsələləri də müzakirə edililib.
Agentliklər qeyd edirlər ki, Andrey Babişlə birlikdə nümayəndələri Azərbaycana gələn bir çox Çexiya şirkəti artıq ölkədə fəaliyyət göstərir.