IMG-LOGO

Azərbaycanın I rübdə polietilen ixracından gəliri açıqlanıb

27 Apr 2026 16:54 4 baxış
IMG

Bu ilin yanvar-mart aylarında Azərbaycandan 28 milyon 161 min ABŞ dolları dəyərində 29 min 439 ton ilkin formalarda polietilen ixrac edilib.

"Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü müqayisədə ixrac edilən məhsulun həcmi 0,5 % artıb, dəyəri isə 16,5 % azalıb.

Hesabat dövründə polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 3,3 %, ölkənin ümumi ixracında payı isə 0,5 % olub.

3 ayda Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. "SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.

Xəbər lenti