Rusiyanın dörd regionunda əlverişsiz hava şəraitinə görə 1 uşaq həlak olub, daha 31 nəfər xəsarət alıb.
Bu barədə "Report" Rusiya Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Məlumata görə, hadisələr Sibir, Privoljye, Mərkəzi və Şimal-Qərb federal dairələrinin ərazisində qeydə alınıb.
"32 nəfər, o cümlədən 5 uşaq xəsarət alıb, uşaqlardan biri həlak olub, 31 nəfər müalicə müəssisələrinə yerləşdirilib", - qurumun bəyanatında deyilir.
FHN vurğulayır ki, əlverişsiz hava şəraiti səbəbindən 76 mindən çox insan işıqsız qalıb.