IMG-LOGO

Dünya Kubokunun qalibi Sübhan Mamedov: "Uğurlu nəticələrin çox olması üçün əlimizdən gələni edəcəyik"

27 Apr 2026 16:24 4 baxış
IMG

Braziliyadakı Dünya Kubokunda komanda hesabında ikinci yeri tutan boks üzrə Azərbaycan millisinin üzvləri yaxşı nəticələrin çox olması üçün əllərindən gələni edəcəklər.

Bu barədə "Report"a yarışda qızıl medal qazanan Sübhan Mamedov (50 kq) açıqlama verib.

O, Fos-du-İquasu şəhərində keçirilmiş turnirlə bağlı təəssüratlarını bölüşüb:

"İlin ilk Dünya Kubokunda həm komanda, həm də fərdi olaraq yaxşı çıxış etdik. Uğurlu nəticələrin çox olması üçün əlimizdən gələni edəcəyik. 50 kq çəki dərəcəsində mübarizə aparırdım. Güclü rəqiblərlə üz-üzə gəldim. Ümumilikdə yarışı 3 qızıl və 1 bürünc medalla başa vurduq. Dünya Kubokunda çempion olduğum üçün sevinirəm. Azərbaycan Boks Federiyasının rəhbərliyinə, məşqçilər heyətinə təşəkkür edirəm".

Xatırladaq ki, Azərbaycan təmsilçilərindən Sübhan Mamedov (50 kq), Səidcəmşid Cəfərov (75 kq) və Məhəmməd Abdullayev (+90 kq) qızıl, Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.

Xəbər lenti